Bakı, 5 sentyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa üzrə regional direktoru İnes Roşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMB-dan AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində ölkəmizdə yaşıl iqtisadiyyata keçid üzrə müəyyənləşdirilmiş strateji prioritetlər, zəruri infrastrukturun formalaşdırılmasına yönəlmiş təşəbbüslər və Mərkəzi Bankın dayanıqlı maliyyə ilə bağlı gündəliyindəki mühüm məsələlər müzakirə olunub.
Həmçinin görüşdə qurumlar arasında ikitərəfli maraq doğuran məsələlər və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.