AZ

Putin: Uzaq Şərqin inkişafı 21-ci əsrdə Rusiyanın prioritetidir

Vladivostokda bu il 9-cu dəfə keçirilən Şərq İqtisadi Forumunun panel sessiyasında çıxış edən Rusiya prezidenti Putin 21-ci əsrdə Uzaq Şərqin inkişafının Rusiyanın prioritet istiqaməti olduğunu vurğulayıb. Əsas mövzu “Uzaq Şərq-2030”dur.

Editor.az xəbər verir ki, builki Şərq İqtisadi Forumunun “İmkanlar yaratmaq üçün güclərimizi birləşdirək” adlı panel sessiyasında çıxış edən Rusiya prezidenti çıxışına ölkənin uzaq şərqində baş verən son hadisələrlə başlayıb, bunların əhəmiyyətinə toxunub. Ticarət dəhlizləri daxilində bölgələrin şərq istiqamətinə yönəldilməsi və Uzaq Şərq bölgələrinin ölkənin Asiya-Sakit Okean bölgəsindəki böyümə bazarlarına birbaşa çıxış təmin etdiyini vurğulayıb.

Uzaq Şərqin yeni qlobal iqtisadi reallıqda Rusiyanın flaqmanı olduğunu vurğulayan Putin, bütün ölkənin gələcəyinin bu regionun inkişafından asılı olduğunu bildirib. Rusiya lideri Arktika regionunda yeraltı sərvətlərin aktiv şəkildə çıxarılması, tranzit imkanlarının artırılması və yüklərin Qərbdən Şərqə yönləndirilməsi ilə Şimal Dəniz Marşrutunda yükdaşımaları genişləndirəcəklərini bəyan edib.

Malayziyanın baş naziri Ənvər İbrahim və Çinin vitse-prezidenti Vanq Çjenin iştirak etdiyi tədbirdə Rusiya hökumətinə müraciət edən Putin Şərqdə ticarət dəhlizlərinin inkişafı nəticəsində yaranan enerji və infrastruktura ehtiyac olduğunu vurğulayaraq Atom Elektrik Stansiyalarının tikintisinə çağırıb. Putin enerji sənayesinin inkişaf planının Uzaq Şərqdəki biznes və vətəndaşların təkcə cari deyil, həm də gələcək ehtiyaclarını nəzərə almalı olduğunu desə də qeyd edib:

Vurğulamaq istərdim ki, enerji sənayesinin inkişaf planı həm biznesin, həm də vətəndaşların cari və gələcək ehtiyaclarını, Federasiyanı təşkil edən yaşayış məntəqələrimizin qarşısında duran uzunmüddətli vəzifələri nəzərə almalıdır.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
editor.az

1Mənbələr