AZ

İran şikayət etdi, təbrizli idmançının qızıl medalı geri alındı

Bir neçə gün əvvəl Türkiyə komandası tərkibində Paris 2024 Paraolipiyadasında çıxış edərək qızıl medal alan təbrizli atlet Səccad Haşiminin (Sərkan Yıldırım) qızıl medalı geri alınıb və qələbəsi ləğv edilib.

Bu İran tərəfinin təbrizli idmançı barəsində şikayətlərindən sonra baş verib.

Türkiyə Paralimpiya Komitəsi hadisəni təsdiqləyib və bu qərara etiraz olaraq Səccad Haşiminin yanında olduqlarını bildirib.

"Meydanda qazanılan medalın məhkəmədə geri alınmasına imkan verməməyə çalışacayıq",- Türkiyə Paralimpiya Komitəsinin bəyanatında bildirilib.

Qeyd edək ki, Sarkan Yıldırım (Səccad Haşimi) 100 metr məsafəyə qaçış üzrə birinci yeri tutub.

2022-ci ilə kimi İranda yaşayan yüngül atlet, ölkədə idmançılara dəyər verilmədiyini deyib, Türkiyəyə sığınıb və bu ölkə vətəndaşlığını qəbul edərək ad və soyadını da dəyişib.

Təbrizli atletin Paralimpiyadada Türkiyə Cumhuriyyəti adına qızıl medal qazanması İran mediasında ciddi müzakirələrə səbəb olub.

İran mediası və idman dairələri təbrizli idmançının qələbəsini qısqanclıqla qarşılayıb, onu "satqınlıq"da günahlandırıblar.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
3
visiontv.az

4Mənbələr