AZ

Vladimir Putin Harrisi seçkilərdə favorit saydığını bildirib

ABŞ-ın  indiki prezidenti Cozef Bayden prezidentlik yarışından kənarlaşandan sonra Kamala Harris seçkilərin favoriti olub. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib. 

"Mən demişdim ki, favoritimiz, belə demək olarsa, hazırkı prezident cənab Bayden idi və o, bütün tərəfdarlarına xanım Harrisi dəstəkləməyi tövsiyə etdi. Odur ki, biz də  belə  edəcəyik, Harrisi dəstəkləyəcəyik",  - Putin Şərq İqtisadi Forumunun plenar sessiyası zamanı deyib.

O, həmçinin qeyd edib ki,  Harrisin "o qədər yoluxucu və ifadəli gülür ki, bu onun işlərinin yaxşı getdiyini sübut edir. Demək onun işləri yaxşıdır".

Putin həmçinin Trampın Rusiyaya qarşı ən çox məhdudiyyətlər və sanksiyalar tətbiq edən prezident olduğunu vurğulayıb.
 
"İndiyə kimi  heç bir prezident Rusiyaya qarşı Tramp qədər sanksiya tətbiq etməyib",  -  Putin bildirib.
 
N.Təbrizli

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
anews.az

1Mənbələr