"Avrora Qrup" şirkəti “Azgranata’’ məhsullarının satışını həyata keçirəcək.
Bu barədə Marja.az "Avrora Qrup"a istinadən xəbər verir.
Geniş çeşidli məhsulları ilə tanınan "Azgranata", Cənubi Qafqazın ən böyük alkoqollu və alkoqolsuz içkilər istehsalçılarından biridir.
"Azgranata" MMC-nin portfelinə "Belıy Volk", "White Water", "Suxov", "Green Leaf" araqları, "Badi Kubə", "Rodeo" viskiləri, "Abşeron", "Bakı", "Qobustan" konyakları, "Heritage", "Qaragöz", "Rübai" şərabları, "Ağsu" nar şərabları, "Vita1000", "Bahar", "Frumba" şirələri, "Vivi" lomonad və kompotları, "Narsh" narşərab sousları aiddir.