Bakı. Trend:
Azərbaycan Avropa ilə Asiya arasında strateji körpü rolunuoynayır.
Trend xəbər verir ki, bu barədə İtalyanın “Formiche” onlaynqəzetində dərc olunan məqalədə qeyd olunub.
"Avropa ilə Asiyanın sərhədində yerləşən Azərbaycan müxtəlifmədəniyyətlərin və sivilizasiyaların dəyərlərini özündəbirləşdirərək, əsl birləşdirici körpü rolunu oynayır. İtaliya iləMərkəzi Asiya arasında incə, lakin mühüm geosiyasi əlaqələrmövcuddur və bu əlaqələr Azərbaycanla olan münasibətlərlə təmsilolunur. Azərbaycan strateji əhəmiyyətli coğrafi oxda yerləşir:Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və Albaniya.
“Bu ölkələr iki strateji əhəmiyyətli sektordadır - Avro-Aralıqdənizi və Qafqaz və son illərdə İtaliya Asiyanın bu seqmentinin"horizontal inkişaf" işığında nə qədər vacib olduğunu daha yaxşıdərk edir", - məqalədə deyilir
Müəlliflər Bakı ilə Roma arasında artan ticarət dövriyyəsinivurğulayıb, İtaliyanın hazırda Azərbaycanın ən böyük ticarəttərəfdaşı olduğunu, Azərbaycanın isə Cənubi Qafqaz regionundaİtaliyanın əsas tərəfdaşı olduğunu qeyd ediblər.
"Keçən il "Ansaldo Energia" ilə Azərbaycanın ən böyük elektrikenerjisi istehsalçısı olan "Azerenerji" arasında 160 milyon avrodəyərində 4 ədəd AE94.3A qaz turbininin tədarükü üzrə müqaviləimzalanıb. Bu, zavodun inkişafı və modernizasiyası üçün təkanverib", - deyə müəlliflər əlavə ediblər.
Daha sonra qeyd olunur ki, Trans-Adriatik Boru Kəmərinin (TAP)inşası ilə bağlı uzaqgörən qərar sayəsində bu gün Ukraynadakımüharibə İtaliyanın enerji təchizatına zərər vermir.
"TAP-ın rolunu unutmamaq lazımdır. Bu, Azərbaycanıln "ŞahdənizII" yatağından Avropaya təbii qaz nəql edən Cənub Qaz Dəhlizininmərkəzi komponentidir. Hazırda Avropaya təxminən 26 milyard kubmetrqaz çatdırılıb. TAP Türkiyə-Yunanıstan sərhədində Trans-AnadoluBoru Kəməri (TANAP) ilə birləşir, Şimali Yunanıstana daxil olur,Albaniyanı keçərək, Adriatik dənizi vasitəsilə Apuliya sahilinəçatır, beləliklə, Avropa ilə Qafqaz arasında körpü yaradan bir sıraölkələri birləşdirir", - qeyd olunur.
Müəlliflər, həmçinin, Azərbaycanın rolunun enerji sahəsindənkənara çıxdığını və iki əsas sahəni əhatə etdiyini vurğulayırlar:COP29-un təşkili və mədəniyyətlərarası dialoqun qurulması.
"Azərbaycan Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumununkeçirilməsi təşəbbüsü ilə çıxış edib ki, bu forum artıq altıncıdəfədir keçirilir. Bu təşəbbüs 2008-ci ildən AzərbaycanRespublikası tərəfindən beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıqşəraitində başladılmış "Bakı Prosesi" çərçivəsində yaranıb. Forummüxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşma və harmoniyatəmin etmək məqsədini güdür.
Forum hökumətlər, beynəlxalq təşkilatlar, mütəxəssislər,alimlər, siyasətçilər və peşəkarlar üçün qlobal təhlükəsizlik vəmədəniyyətlərarası ünsiyyətin dəyişən dinamikası barədə ətraflımüzakirələr aparmaq üçün bir platforma təmin edir. Bu səbəbdənforum UNESCO, BMT-nin Mədəniyyətlər Alyansı (UNAOC), Avropa Şurası,BMT-nin İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) vəBMT-nin Dünya Turizm Təşkilatı (UNWTO) ilə sıx əməkdaşlıqşəraitində keçirilir", - deyə məqalədə bildirilir.