Gürcüstanda uşaqlara qarşı zorakılığa görə, məhkum olunan şəxslərin siyahısı xüsusi istintaq xidməti tərəfindən aparılacaq. Bu barədə Gürcüstan KİV məlumat verib.
Təcavüzkarlar və cinsi xarakterli cinayətlər törədən digər şəxslər də xüsusi nəzarətə götürüləcək.
Onlar üçün bir sıra qadağalar tətbiq olunacaq.
Bundan sonra Gürcüstanda azyaşlı ilə yaşamaq, məktəb və uşaq bağçalarına yaxınlaşmaq, sərnişin daşımaq, həkim işləmək, müəllimlik etmək mümkün olmayacaq.
N.Təbrizli
www.anews.az