AFFA İntizam Komitəsi II Liqada 2 komandaya texniki məğlubiyyət verib.
Futbolinfo.az xəbər verir ki, komitə “Hypers Guba” və “Sheki City”ni cəzalandırıb. Buna səbəb hər iki komandanın “lipa” oynatması olub.
Belə ki, 1-ci tur çərçivəsində “Hypers Guba” “Saatlı-Araz” ilə görüşdə protokolda adı olmayan Hakan Həsənovu, “Sheki City” isə “Şəmkir”lə matçda Ramin Məmmədovu oynadıb.
Hər iki komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib və 400 manat cərimələnib.