AZ

Bu gül adam öldürür? – Açıqlama

“Yaşıllaşdırma istifadə edilən oleandr bitkisinin ölümə səbəb olması barədə iddialar əsassızdır”.

Heftelik.az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında  biologiya elmləri doktoru Həsən Babayev deyib.

O bildirib ki, ölkəmizdə daha çox “söyüd gülü” kimi tanınan “Oleandr” və ya “Zəqqum kolu” adlanan bitkiyə paytaxt Bakı və digər rayonlarımızın küçələrində çox sıx rast gəlinir: “Gözəl gülləri olan bu bitki Abşeron yarımadasının hava şəraitinə tam uyğunlaşmış bitkidir. Abşeronun quraq iqliminə, küləyə və istiyə davamlı olan, asan yetişdirilən bu kollar təkcə bizim ölkəmizdə deyil, həmçinin Avropada, o cümlədən kurort və istirahət məkanları ilə zəngin olan Fransa, Türkiyə, Yunanıstan, İspaniya, İtaliya və s. ölkələrdə də geniş şəkildə əkilib. Quraq iqlimə davamlı olması bu bitkinin dekorativ yaşıllaşdırmada geniş istifadə edilməsinə səbəb olub. Onun güllərinin zəhərli, insanlar üçün təhlükəli olmasına gəldikdə isə, bu günə kimi heç bir ölkədə oleandr gülündən ölüm hadisəsi qeydə alınmayıb. Sözügedən gül yalnız yem kimi qəbul edildikdə o ziyan verə bilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
5
heftelik.az

10Mənbələr