AZ

Gürcüstanda siyasi partiya fəalları arasında mübahisə ölümlə nəticələnib

Gürcüstanda

Tbilisi, 5 sentyabr, AZƏRTAC

Gürcüstanın qərbində, İmereti rayonunun Qequti kəndində hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası ilə əsas müxalifət partiyası hesab olunan "Vahid Milli Hərəkat"ın fəalları arasında baş vermiş mübahisə ölümlə nəticələnib.

AZƏRTAC xəbər verir ki, oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar seçicilərlə görüş zamanı müxalifət partiyasının fəalı Roland Nutsubidze “Gürcü arzusu”nun Qequtidəki qərargahına soxularaq orada qərargah üzvlərini təhqir edib, dava salıb. Mübahisə zamanı hakim partiyanın üzvü Ermil Qiqiadzenin səhhəti pisləşib və o, hadisə yerində ölüb.

Polis faktla bağlı araşdırma aparır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
3
azertag.az

5Mənbələr