AZ

"Qanan olsa, mən bisavadı da qandırsın"- İradə İsaqdan paylaşım

Jurnalist İradə İsaq feysbuk səhifəsində paylaşım edib.

News365.az xəbər verir ki, jurnalist əmək pensiyaları haqqında qanunun başa düşülməsinin çətin olduğunu qeyd edir.

"Əmək pensiyası – “Əmək pensiyaları haqqında” Qanununda nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.
Tarixi-Nadir məsələsi. Bu nə hüquq dilidir? Nədir də bu? Nə yazılıb? Qanun bu tapmaca adı altında dilini dolaşdıraraq, bizə nə demək istəyir?
Qanan olsa, mən bisavadı da qandırsın."

Vəfa Vəliyeva, News365.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
news365.az

1Mənbələr