1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakıda 2003-cü ildə taksi sürücüsünü öldürən Bəxtiyar Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən məhkəmə prosesində B.Dadaşovun kassasiya şikayəti üzrə qərar elan olunub.
Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Dadaşov 7 il 3 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmdən verilən kassasiya protesti üzrə B.Cəfərovun 16 il azadlıqdan məhrum olunması barədə qərar çıxarıb.
İttihama görə, Bəxtiyar Dadaşov tanışı İlham Məmmədovla 2003-cü il dekabrın 19-da Bakıdakı Fəvvarələr meydanında taksi sürücüsünü oğurlamaq qərarına gəlib. Bunun üçün "QAZ-24" avtomobilində taksi fəaliyyəti ilə məşğul olan Ramiz Əmirova yaxınlaşıb Əmircan qəsəbəsinə aparmağa dair razılaşıblar. Gecə vaxtı olmasından istifadə edərək hər ikisi Ramiz Əmirova müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə pulunu ələ keçiriblər. Daha sonra R.Əmirovun arvadına zəng edib ərini oğurladıqlarını bildirərək, sərbəst buraxılması müqabilində pul tələb ediblər.
Bir müddət sonra B.Dadaşov və İ.Məmmədov R.Əmirovu boğaraq öldürüblər.
2021-ci il dekabrın 15-də B.Dadaşova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.6, 120.2.9 və 120.2.11-ci maddələri ilə ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İ.Məmmədov vəfat etdiyinə görə, onun cinayət işi üzrə icraata xitam verilib.