Ayda atmosferin olmaması insan gözünün məsafə və ölçü alışqanlığını dəyişir.
Sanki ətrafdakı hər şey yaxınlıqda, əlinin altındadır, yetər ki, əlini uzad. Əslində isə Apollon15 Ay modulunun fonunda Hadley dağı onlarla kilometr uzaqdadır və onun hündürlüyü 4500 metrdir.
“Apollon”un bütün altı missiyasının astronavtları məsafə təxminlərində dəfələrlə yanılmışdılar – yaxınlıqda görünən kiçik obyektlər çox uzaqda idilər, onlara yaxınlaşanda isə ölçülərinin nə qədər nəhəng olduğu ortaya çıxırdı.
İbrahim Nəbioğlu
visiontv.az