AZ

“Rusiya Baydendən sonra Harrisi dəstəkləyir” – Putin


“Rusiya ABŞ-nin hazırkı Prezidenti Co Baydenin prezidentlik yarışından kənarlaşdırılmasından sonra onun varisi Kamala Harrisi dəstəkləyir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı deyib.
“Bizim favoritimiz hazırkı prezident cənab Bayden idi. Onu yarışdan çıxardılar. Amma o, bütün tərəfdarlarına xanım Harrisi dəstəkləməyi tövsiyə etdi. Biz də eyni şeyi edəcəyik. Biz də onu dəstəkləyəcəyik”, - Putin bildirib.
Daha sonra Putin son nəticədə seçimin Amerika xalqının ixtiyarında olduğunu və Rusiyanın bu seçimə hörmətlə yanaşacağını vurğulayıb.
“Favoritlərə gəlincə, bunu müəyyən etmək bizim işimiz deyil. Bu, hələ də Amerika xalqının seçimidir”, - dövlət başçısı qeyd edib.
O, ABŞ-nin keçmiş prezidenti Donald Trampın Rusiyaya qarşı indiyədək heç bir prezidentin tətbiq etmədiyi qədər məhdudiyyət və sanksiyalar tətbiq etdiyini bildirib.
“Əgər xanım Harris üçün hər şey yaxşı gedirsə, bəlkə də bu cür hərəkətlərdən çəkinər”, - Rusiya lideri əlavə edib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
50
yeniavaz.com

10Mənbələr