AZ

"Bakı Metropoliteni" yeni tədris ilininə necə hazırlaşır?

Yeni tədris ilinin başlamasına iki həftədən az vaxt qaldığı üçün paytaxt Bakıda hərəkətlilik artıb. Bu dövrdə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr, yeni dərs ilinə hazırlaşmaq üçün paytaxt Bakıya axın edirlər. Bu səbəbdən Bakı metropolitenində və digər nəqliyyat vasitələrində sıxlıq müşahidə olunur.

Metrostansiyalarda sərnişinlərin sayı əhəmiyyətli dərəcədə artıb və bu da vaqonlarda sıxlığın artmasına səbəb olub. Eyni zamanda, avtobus və taksi xidmətlərinə olan tələbat da yüksəlib, nəticədə şəhərin yollarında da sıxlıq çoxalıb.

Bəs "Bakı Metropoliteni" QSC yeni tədris ilində sərnişindaşımaya necə hazırlaşır?

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Operativ Media"nın sorğusuna cavab olaraq bildirib ki, yeni tədris ilinin açılması ilə bağlı hazırlıq işləri davam edir:

“Yeni mövsümə hazırlıq dövründə “Bakı metropoliteni” nəzarət mexanizmini daha da gücləndirib. Bu istiqamətdə işlər aparılır. Ən vacib məqamlardan biri ehtiyat qatarlarının xəttə buraxılması, intensivliyinin artırılması, vaxtlarının daha da konkretləşdirilməsidir.

Təkcə qatarların deyil, eskalatorın iş rejimi, stansiyaların infrastrukturu, sərnişinlərin giriş-çıxışları ilə bağlı artıq müəyyən tədbirlər görülməyə başlanıb. Yeni mövsümə hazırlıqla bağlı, ali və orta təhsil müəssisələrinin iş rejimi və tədris növbələrinin başlanma və bitmə vaxtlarına uyğun məlumatlar əsasında hazırlıq prosesi davam etdirilir”.

Bəxtiyar Məmmədov “Koroğlu” və digər metrostasiyalarda son günlər yaranan sıxlığa aydınlıq gətirib:

“Sıxlığın əsas səbəbi tədris mövsümündən əvvəl, müəssisələrdə yay dövründəki istirahətlərin başa çatmış olmasıdır. İşçilərin, müəllim heyətinin, əməkdaşların böyük əksəriyyəti işə qayıdıb. Artıq “Bakı Metropoliteni” ehtiyat qatarlarla tənzimləmənin istiqamətinə də dəyişiklik edib.

Sərnişin axını istiqamətləri tez-tez dəyişə bilər. Bu prosesə ani reaksiya vermək üçün mütləq ehtiyat qatarlar olmalıdır. “Bakı metropoliteni” hazırda bütün tənzimləmə mexanizmlərini bu istiqamətə yönəldib".

Gülcahan Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
operativmedia.az

1Mənbələr