Zelenski Ukrayna Ali Radasına Andrey Sibiqanın Xarici İşlər Nazirliyinin yeni rəhbəri təyin edilməsini təklif edib.
Publika.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” “Telegram”da məlumat yayıb.
Sentyabrın 5-də səhər saatlarında Ukrayna parlamenti xarici işlər naziri Dmitri Kulebanı vəzifəsindən azad edib. Bir gün əvvəl Ali Radada “Xalqa xidmət” fraksiyasının rəhbəri David Araxamia onun yerinə nazirliyin rəhbəri postuna ölkənin xarici işlər nazirinin müavini Andrey Sibiqanın təyin edilməsinin planlaşdırıldığını açıqlamışdı.