Rusiyalı deputat avtomobilini avtobusa çırpıb.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Hadisə Yaroslavl bölgəsində baş verib. “Vahid Rusiya” partiyasından olan deputat Marina Stepanova “cip”ini avtobusa çırpıb.
49 yaşlı Stepanovanın avtomobili avtobusa yol verməyib və ona çırpılıb. Zərbədən sonra avtobus sürücüsü avtomobili döndərə bilməyib və evin divarına çırpılıb.
Qəza nəticəsində 8 nəfər xəsarət alıb.
Xuraman Etibarlı
İnterpress.az