AZ

"Instagram" platforması hekayələrə şərh funksiyası əlavə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Instagram” istifadəçiləri yeni funksiya ilə hekayələrə şərh yaza biləcəklər.

Banco.az xəbər verir ki, “Instagram” platformanın ana səhifəsində əks olunan məzmun əvəzinə istifadəçilərin daha çox istifadə etdiyi müvəqqəti paylaşımlar olan “hekayələri” bölməsinə şərh yazmaq funksiyasını əlavə edib.

Məlum olduğu kimi, “Instagram” hekayələri müvəqqəti postlar idi və istifadəçilərin postlara cavabı şəxsi mesaj olaraq post sahibinə göndərilirdi. Yeni əlavə edilən şərh funksiyası ilə artıq hekayəyə verilən cavablar açıq şəkildə paylaşılacaq.

Ancaq qeyd edək ki, sözügedən cavablar da hekayələr kimi müvəqqətidir və 24 saatdan sonra yox olacaq.

Picture

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
banco.az

1Mənbələr