AZ

"Yuventus"un serbi ruslara nə cavab verdi?

Moskva "Spartak"ı "Yuventus"un futbolçusu Filip Kostiçə təklif göndərib.

Fanat.Az xəbər verir ki, məlumatı "Tuttosport" yayıb.

Xəbərə görə, serb oyunçu Rusiyada oynamaq istəmədiyini bildirərək "ağ-qırmızılar"ın təklifini geri çevirib. Mənbə Filipin Moskva təmsilçisi ilə yanaşı, "Sauthempton" və "Əl-Əyn"ə də "yox" dediyini diqqətə çatdırıb.

Xatırladaq ki, 31 yaşlı Kostiç 2022-ci ilin avqustundan "Yuventus"un uğurları üçün çalışır. Onun Turin klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
fanat.az

1Mənbələr