AZ

Məşhur futbolçu üçün son şans

Luis Suares Uruqvay yığmasındakı karyerasını başa vurmaq qərarına gəlib.

“İnter Mayami”nin 37 yaşlı hücumçusu bu barədə mətbuat konfransında xəbər verib. Suares DÇ-2026-nın seçmə mərhələsinin Paraqvayla sentyabrın 6-da keçiriləcək matçının onun üçün yığmadakı son oyun olacağını bildirib. Uruqvay yığmasında 142 oyun keçirən Suares 69 qol vurub, 39 məhsuldar ötürmə edib. Milli formanı 2007-ci ildən daşıyan futbolçu 2011-ci ildə komanda ilə Amerika Kubokunun qalibi olub.

Qeyd edək ki, Suares milli formada ən çox oyun keçirən ikinci futbolçudu. Uruqvay yığmasının bu planda rekordçusu 161 oyunla Dieqo Qodindi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
football-plus.az

1Mənbələr