AZ

Zelenski Ukraynanın Kurska hücumunun səbəbini açıqlayıb

“Ukrayna Rusiya Federasiyasının Kursk vilayətində uzaqmənzilli silahların olmaması səbəbindən əməliyyat keçirməyə məcbur olub. Çünki Silahlı Qüvvələr rusları uzaq məsafədə məhv edə bilmədi”.

Missiya.Az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski “NBC News”a müsahibəsində deyib.

Zelenski bildirib ki, Rusiya burada buferzona yaratmağı planlaşdırırdı və biz bu barədə kəşfiyyat məlumatlarına malik idik:

“Hətta Rusiya prezidenti Vladimir Putin sərhədimiz boyunca buferzona qurmaq istədiyini açıq şəkildə bildirmişdi. Sonra başa düşdük ki, müvafiq əməliyyat keçirməliyik və özümüz uşün orada buferzona yaratmalıyıq”, - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
missiya.az

1Mənbələr