AZ

Astraxanda "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə forum keçiriləcək

Bakı. TurkicWorld

2024-cü ilin yanvar-iyul ayında Türkiyədə İraq kapitalı ilə 55 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 44 şirkət azdır.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İraq şirkətlərinin məcmu kapitalı 63 milyon 700 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 67 milyon 461 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyul ayında İraq şirkətlərinin əksəriyyəti İstanbulda (40) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən İraq şirkətlərinin ümumi kapitalı 33 milyon 570 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-iyul ayında Türkiyədə İraq kapitalı ilə 21 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Seçilən
75
1
turkic.world

2Mənbələr