AZ

Professor: Elmin inkişafı üçün maliyyəyə ehtiyac var

“Bu gün doktoranturaya gələn şəxslərin bir çoxunun məqsədi yoxdur”

 

Bu sözləri AzEdu.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.

 

Professor bildirib ki, dövlət tərəfindən doktoranturaya maliyyə vəsaiti ayrılsa da lakin müdafiə etmirlər:

 

“Bir neçə müddət öncə 2 tələbəm mənə “biz düşündük ki, artıq elmlə məşğul olmağa dəyər” deyib doktorantura təhsili almağa qərar verdiklərini qeyd etdilər. Lakin həmin 2 tələbə daha sonra doktoranturanı yarımçıq qoydular. Hazırda isə Amerikada işləyilər. 2 il müddətində istədiklərini əldə etməyi başladılar. Əslində hər şey ilk növbədə gəlirə bağlıdır. Biz bazar iqtisadiyyatı dövründə yaşayırıq. Əvvəllər professorların humanitar stimuldan başqa stimulları da vardı. Onlara bağ, maşın hətta tətil verirdilər. Yəni bir professorun əlində bütün imkanlar var idi.  

 

Hazırda bazar iqtisadiyyatına keçidlə bərabər bu imtiyazlar da ləğv olundu. Bazar iqtisadiyyatında hər şeyin ödənişli olmasını nəzərə alsaq qeyd edə bilərik ki, insanın təminatı çox yüksək səviyyədə olmalıdır”.

 

Professor qeyd edib ki, bu gün doktoranturaya gələn yoxdur.

“Gələn şəxslərində o qədər ciddi bir məqsədi yoxdur. Ümumiyyətlə bura müraciət edənlərin 100-dən 10%-i elmi işlərini müdafiə etmirlər. Ona görə də həmin şəxslərə şərt qoymaq lazımdır. Ya müdafiə edəcəksən, ya da sənə ayrılan pulu qaytaracaqsan. Əgər müdafiə etməyəcəkdinsə, niyə doktoranturaya sənəd verirsən? Dövlət tərəfindən doktoranturaya maliyyə vəsaiti ayrılır”.

 

Z.Məmmədov bu gün elm sahəsinin maliyyəyə ehtiyacı olduğunu vurğulayıb:

 

“Əvvəl elm axtarılırdı, yəni elmi axtarışlar var idi. Amma elm bu gün maliyyə vəsaiti axtarır. Elmin maliyyəyə ehtiyacı var. Amerika niyə dünyada birincidir? Çünki harda pul varsa, orda da elmi texnoloji nəticə var. Ümumiyyətlə doktoranturanı universitetlər özləri artırmalıdırlar. Universitet hansı ixtisas üzrə müəllim çatışmazlığının olub-olmamasını, elmi dərəcənin və ya adın olmamasını özü müyyənləşdirməlidir”,- deyə professor fikrini tamamlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
azedu.az

1Mənbələr