İsveç avtomobil istehsalçısı "Volvo Cars" 2030-cu ilə qədər tam elektriklə işləyən avtomobillərə keçid hədəfini həyata keçirməyəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Qeyd olunur ki, buna bəzi bazarlarda enerji doldurma infrastrukturunun ləng yayılması və hökumət tərəfindən verilən təşviqlərin geri götürülməsi səbəb olub.
"Volvo Cars" elektrikləşdirmə sahəsində sənaye lideri mövqeyini qoruyub saxlasa da, şirkət indi dəyişən bazar şərtləri və müştəri tələbləri səbəbindən elektrikləşdirmə ambisiyalarını tənzimləmək qərarına gəlib", - avtomobil istehsalçısının bəyanatında qeyd olunub.
Bildirilir ki, şirkətin uzunmüddətli hədəfi dəyişməyib və sırf elektriklə işləyən avtomobillərə keçid "Volvo Cars"ın məhsul strategiyasının əsas sütunu olaraq qalır.
Şirkət 2030-cu ilə qədər satışlarının 90-100%-ni elektrik və hibrid avtomobillərdən əldə etməyi hədəfləyəcək. Qalan hissə mülayim hibridlər olacaq (daxili yanma mühərriki və kiçik elektrik ötürücülü avtomobillər).
2025-ci ilə qədər elektrikləşdirilmiş avtomobillərin payının 50%-60% arasında olacağı gözlənilir.
İsveç şirkətinin 2023-cü ildə qlobal satışları rekord səviyyəyə - 708716 avtomobilə çatıb.
(oxu.az)