AZ

İtaliyaAzərbaycanın haqq işindəona siyasi, diplomatik baxımdan dəstək verən bir ölkədir - ÖZƏL

"Azərbaycan-İtaliya münasibətləri köklü tarixə malik bir münasibətlər sistemidir". 

Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

"İki ölkənin xalqı, əslində hələ orta əsrlərdən bəri təmaslar qurublar. Tariximizə baxdıqda, Ağqoyunlu, Səfəvilər kimi dövlətlərin də İtaliya, Şərq dövlətləri ilə əlaqələr qurduğunu görmək mümkündür. Yəni əslində diplomatik və siyasi tariximiz yüzilliklərlə dayanır.
Bununla paralel, İtaliya da Azərbaycanın müstəqilliyini tanımış ilk ölkələrdəndir və ümumiyyətlə, Azərbaycanın bu günə qədər haqq işində də ona dəstək verən, siyasi, diplomatik baxımdan dəstək verən bir ölkədir. 
İtaliya-Azərbaycan münasibətləri bu gün öz dövrünün, tarixinin ən müstəqil münasibətlər sisteminə malikdir. İki ölkə iqtisadi, siyasi, diplomatik və hərbi sahədə əməkdaşlıq edir. Xüsusilə Azərbaycan İtaliya istehsalı olan təyyarələri yeni sifariş edib və artıq bəzilərini də alıb. Azərbaycan prezidenti İlham Əliyevin də İtaliyaya səfərləri, öz növbəsində İtaliya dövlət başçılarının Azərbaycana səfərləri əslində iki ölkə münasibətlərinin hazırkı mərhələdə tam olaraq nədən ibarət olduğunu gözlər önünə nə sərir. 
Bu baxımdan da, əslində əsas münasibətlərimizin bu dəqiqə özəyini təşkil edən Azərbaycanın enerji siyasəti ilə bağlıdır. Yəni Azərbaycan bu gün Bakı-Tbilisi-Ceyhan boru xətti ilə İtaliyaya neft və neft məhsulları ixrac edir, TANAP və TAP layihəsi ilə isə İtaliyaya qaz ixrac edir və bu çox mühümdür. Çünki Azərbaycan hazırda Avropa bazarına 17 milyard kubmetrə yaxın qaz nəql edir və bunun hardasa 7-10 milyarda yaxın elə İtaliyanın payına düşür və İtaliya bu həcmin daha da artırılmasını istəyir. Azərbaycan tərəfi də bu istiqamətdə İtaliya ilə əməkdaşlıq etməkdədir. 
Bundan başqa, İtaliya Azərbaycanın işğaldan azad olunmuş ərazilərə investisiya qoyuluşu, buranın bərpa prosesində yaxından iştirak edir. Siyasi sferada, istər təşkilatlarda iki ölkə əməkdaşlıq edir və bu əməkdaşlıq Azərbaycana qarşı ehtimal formalaşa biləcək təzyiqlər və Avropada formalaşa biləcək təzyiqlər, qəbul edilməyə hazırlaşılan sanksiyaların bloklanması baxımından çox önəmlidir. 
Yəni bütün bunlar hamısı İtaliya-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyasını bizə göstərir. Təbii ki, münasibətlərin inkişafında Prezident İlham Əliyevin töhfələri və şəxsi münasibətləri də mühüm rol oynayır. Ümumiyyətlə, Azərbaycan Prezidentinin İtalyaya səfərləri, bu səfərlər çərçivəsində keçirdiyi mühüm görüşlər ölkəmizin milli maraqları kontekstində diqqət çəkir və mühümdür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
olaylar.az

1Mənbələr