Ukrayna Xarici İşlər Naziri vəzifəsinə Dmitri Kulebanın yerinə Andrey Sibiqa təyin edilə bilər.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bununla bağlı təklifi Ukrayna Prezidenti Volodimir Zelenski parlamentə təqdim edib.
MÖVZU İLƏ BAĞLI:
Ukraynanın Xarici İşlər Naziri istefa verdi - FOTO
Həmin təklif Ali Radada artıq qeydiyyata alınıb.
Qeyd edək ki, Andrey Sibiqa keçmiş Xarici İşlər Naziri Dmitri Kulebanın müavini vəzifəsində çalışıb.
Bizim.Media