AZ

Küveyt Universitetində təqaüdlə təhsil alacaq 7 azərbaycanlı gəncdən 4-ü BDU məzunudur

Küveyt

Bakı, 5 sentyabr, AZƏRTAC

2024-2025-ci tədris ilində Küveyt Dövlətinin Azərbaycan Respublikası vətəndaşları üçün ayırdığı kvota hesabına 7 nəfər Küveyt Universitetində təqaüdlə təhsil alacaq.

Bakı Dövlət Universitetindən (BDU) AZƏRTAC-a bildirilib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təqdim etdiyi namizədlər siyahısından seçilmiş şəxslər Küveyt Universitetinin Dillər Mərkəzində bir il müddətində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak etmək imkanı əldə ediblər. Onlardan Simuzər Məmmədzadə, Şəfəq Ağalarlı, Aysun Abdullayeva və Zeynəb Atamalıyeva BDU-nun Şərqşünaslıq fakültəsinin məzunlarıdır.

Qeyd edək ki, təqaüdə layiq görülən tələbələrin yaşayış, təhsil və beynəlxalq nəqliyyat xərcləri Küveyt Dövləti tərəfindən ödənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
2
azertag.az

3Mənbələr