AZ

Qara dəliklərlə bağlı yeni araşdırma aparıblar

Qara

Qara dəliklərin kiçik bir hissəsindən insan ürəyinin döyüntüsünü xatırladan rentgen siqnalları yayılır.

Reyting.az
-ın məlumatına görə, belə bir iddianı elm adamları irəli sürüb.

Bildirilir ki, astronomlar qara dəliklərin "ürək döyüntüsü"-nün təbiətini anlamağa çalışıblar.

Çin alimlər yeni araşdırmalar nəticəsindəbu qəribə fenomenin izahını tapdıqlarını iddia edirlər. Onların fikrincə, qara dəliklər canlı cisimlər olmasalar da, çox böyük həcmdə qaz istehlak etdikdə, “ürək döyüntüləri”nə sahib ola bilərlər.

Araşdırma müəlliflərinin fikrincə, ümumiyyətlə, qara dəlik ikili sistemdə olduqda, hər hansı bir ulduzla orbiti paylaşdıqda, ünsiyyət vaxtı öz yoldaşından qaz çıxarmağa çalışır. Bu baş verdikdə qaz tamamilə sıxılır, son dərəcə yüksək temperatura qədər qızdırılır, daha sonra isə intensiv rentgen şüaları yayılır.

Alimlər kosmosdakı ən parlaq və daima işıqlı rentgen mənbələrindən biri sayılan "Cygnus X-1"-i araşdırıblar. Son nəticədə qara dəlikləri tədqiq edən elm adamları həqiqətən də insanın ürək döyüntüsünə bənzəyən belə siqnalların olduğunu tam əminliklə təsdiqləyiblər.

Minlərlə, hətta milyonlarla il davam edən maddənin belə intensiv şəkildə udulması zamanı bəzən nəhəng boşalmaların baş verməsi də mümkündür. Bu isə bir anın içində nəhəng miqdarda maddənin sürətlə istehlakı nəticəsində gözlənilmədən, qəfil yaranan rentgen partlayışına səbəb ola bilər. Belə partlayışın içində nizamlı fəaliyyət nəbzi elə qurulur ki, elm adamları ancaq onu “ürək döyüntüsü” ilə müqayisə edirlər, çünki onun nümunəsi daha çox insan EKQ-yə bənzəyir. Partlayış zamanı yavaş yüksəlir, tezliklə azalır və sonra normala qayıdır.

Pekində fəaliyyət göstərən və Çin Elmlər Akademiyasının nəzdində yaradılmış elmi mərkəzin - Hissəciklərin astrofizikası üzrə əsas laboratoriyanın əməkdaşları olan astronomlar müxtəlif metodlardan istifadə etməklə partlayışdan qopan belə son məşəlləri ətraflı tədqiq etməklə, həm də "ürək döyüntüsü"-nə təhrik edə bilən proseslərin təsvirini veriblər. Təkanverici bu partlayış məşəlinin Yer kürəsindən 28 000 işıq ili məsafəsində IGR J17091-3624 qara dəliyi tərəfindən istehsal edildiyini deyən alimlər bildiriblər ki, məlumatların hamısını 2022-ci ildə bir neçə mənbələrin köməyi ilə, xüsusilə Neytron Ulduz Daxili Kompozisiya Tədqiqatçısından, həmçinin Nüvə Spektroskopik Teleskopundan, yəni "Array" teleskoplarından istifadə etməklə əldə ediblər.

Məhz elə bütün bunların sayəsində də ən parlaq flaşda astronomlar tamamilə ürək döyüntüsünə bənzər uzun siqnalın aydın sübutunu əldə ediblər. Onun xassələrini öyrənən alimlər belə nəticəyə gəliblər ki, bu tipli impulslar qara dəliyi əhatə edən maddədəki qarşılıqlı təsirlər, daha dəqiqi, qeyri-sabitlik nəticəsində yaranır.

Çinli astronomlardan biri deyib ki, maddə qara dəliyə düşəndə sıxılır və sürətlə fırlanan nazik disk əmələ gətirir. Bu zaman diskin daxili kənarı tam hadisə üfüqünə doğru əyilmiş vəziyyətdə olur, qalan hissəsi isə açıq-aydın rentgen diapazonunda parlayır. Beləliklə, bizə məlum olan həmin qeyri-sabitlik yaranır. Nəticədə diskdən gələn bu radiasiya qara dəliyin cazibə qüvvəsi ilə qarşılıqlı təsirə keçir. Bu zaman isə "ürək döyüntüsü" baş verir, diskin qalıqları tamamilə parçalanır, əlaqəni itirir və böyük maddə qara dəliyə doğru qaçır. Bundan sonra da “ürək döyüntüsü”-nün başlanğıcı olduğu prosesə start verilir və ortalığa çıxan sıx radiasiya istehsal etməyə başlayır. Həmin radiasiya isə qazı qızdırır ki, bu da müvəqqəti olsa belə, onun düşməsinin qarşısını alır. Daha sonra qaz sakitləşir və proses təkrarlanır, başqa “ürək döyüntüsü” dövrü üçün zəmin yaradır. Bu cür siqnallar olduqca nadirdir, yalnız iki qara dəlik onları göstərib.

Çinli astronomlar düşünürlər ki, qara dəliklər, onların ətrafları arasında əlaqə və "ürək döyüntüsü"-nün əsl mənşəyi, onun səbəbi barədə çox qiymətli, dəyərli məlumatlar əldə etmək mümkündür.

Oqtay QORÇU
Seçilən
159
33
reyting.az

10Mənbələr