AZ

Qondarma "Artsax"-ın ildönüm tədbirləri revanşistlərin fəallaşmaq cəhdidir - ÖZƏL

""Artsax" deyilən qondarma qurumun İrəvanda  ildönümünün qeyd olunması Ermənistandakı revanşist qüvvələrin Ermənistan siyasətində öz mövcudluqlarını qoruyub saxlamaq və fəallaşmaq cəhdidir. Eyni zamanda, bu, bizim hamımızın gözümüz qarşısında gedən yaşanmış tarixi növbəti dəfə saxtalaşdırmaq cəhdidir. Ona görə ki, keçmiş Dağlıq Qarabağın ərazisində legitim olaraq tanınmış nə bir dövlət qurumu olmayıb, nə də ki, həmin dövlət qurumu dünyanın hansısa bir dövləti, sanballı qüvvələri tərəfindən tanınmayıb və belə şəraitdə qondarma qurumun ildönümü deyilən tədbirlərin keçirilməsi əslində Ermənistanın revanşist qüvvələrinin siyasətdə öz mövcudluqlarını qoruyub saxlamaq cəhdidir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Zaman keçdikcə Ermənistan sülh sazişinin imzalanması və bölgədə vəziyyətin normallaşdırılması yönümündə daha dar bir çərçivəyə sıxışdırılır və belə bir şəraitdə Ermənistanın sülh sazişi ilə bağlı dünyanın çağırışlarına və reallığın tələblərinə real yanaşmaqdan başqa çarəsi qalmır. Belə olan təqdirdə revanşist qüvvələr gələcəkdə özlərinin tamamilə sıradan çıxacaqlarını real şəkildə görürlər və bu cür addımlar atmaqla əslində Ermənistan siyasətində öz mövcudluqlarını qoruyub saxlamağa çalışırlar. 
İkinci bir tərəfdən revanşist qüvvələrin Ermənistanda mövcud olmasında maraqlı olan böyük qüvvələr var. Ermənistan hakimiyyətinin özü də revanşistlərin qorunub saxlanmasında maraqlıdır. Ermənistan cəmiyyəti də buna dəstək verir. Dünya erməni lobbisi və dünya erməni diasporu da Ermənistanda revanşist qüvvələrin qorunub saxlanmasında maraqlıdırlar. Çünki onlar revanşist qüvvələrin əli ilə bir tərəfdən Azərbaycana sülh danışıqları prosesində təzyiq göstərməyə çalışırlar, ikinci bir tərəfdən isə gələcəkdə qisas müharibəsinə hazırlıq çərçivəsində revanşist qüvvələrə ehtiyacın yaranacağını bu başdan görürlər. Ona görə də, qondarma "Artsax"-ın ildönüm tədbirləri revanşistlərin fəallaşmaq cəhdidir, Ermənistanın tarixi növbəti dəfə saxtalaşdırmaq cəhdidir. Ancaq Ermənistanda revanşist qüvvələrin fəallaşmaq cəhdləri nəinki real nəticə vermir, əksinə onların özlərinin fəaliyyətlərində özlərini ifşa edən yeni-yeni faktlar çıxarır. Məsələn, Şahramanyan bir tərəfdən Ermənistan hakimiyyəti ilə birlikdə iddia edirlər ki, Dağlıq Qarabağdan 120000 ermənini guya Azərbaycan  deportasiya edib, çıxardıb, amma biri tərəfdən Şahramanyan bu tədbirlər zamanı bəyanat verir ki, məcburi şəkildə 2023-cü ilin 28 sentyabrında imzaladığımız həmin sənəd erməni əhalinin, hərbi qüvvələrin və təhlükəsizlik qüvvələrinin Dağlıq Qarabağdan daha təhlükəsiz çıxışına yardım elədi. Yəni açıq-aşkar deyirlər ki, ermənilərin Dağlıq Qarabağdan 2023-cü ilin sonlarında, sentyabrında kütləvi şəkildə çıxıb getməsini bizim özümüz təşkil etdik. Əslində bunu ifadə edirlər. Nə qədər danmağa çalışsalar da, yenə də ermənilərin Qarabağdan məhz onların, Ermənistanın təşəbbüsü və təşkilatçılığı ilə çıxıb getmələrini dolayı şəkildə etiraf edirlər. Buna görə də, qondarma respublikanın ildönüm tədbirləri ilə bağlı Ermənistanda keçirilən, görülən işlər revanşist qüvvələrinin fəallaşmaq  və tarixi saxtalaşdırmaq cəhdidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
olaylar.az

1Mənbələr