İsrailin Münhendəki Baş Konsulluğu yaxınlığında baş verən atışma nəticəsində heç bir diplomatik heyət xəsarət almayıb.
Doğru.az xəbər verir ki, bu barədə “Kan” televiziya və radio şirkəti İsrail Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Hücum edənin zərərsizləşdirildiyi qeyd edilir.
XİN-dən verilən məlumata görə, Baş Konsulluq 1972-ci ildə Münhen Olimpiadasında terror aktı qurbanlarının xatirəsinə həsr olunmuş mərasimlə əlaqədar bağlanıb.
Daha əvvəl məlum olmuşdu ki, hadisə yerində polis xüsusi təyinatlıları və snayperlər işləyir, həmçinin helikopter də cəlb olunub.
DOĞRU.AZ