Builki Paris Olimpiadasında iştirak edən Uqandalı qaçışçı Rebekka Çepteqey dünyasını dəyişib.
AZXEBER.COM xarici mətbuata istinadən xəəbər verir ki, idmançı sevgilisinin ona benzin tökərək yandırması nəticəsində xəstəxanada dünyasını dəyişib.
Bu barədə Uqanda Atletika Federasiyası sosial şəbəkədə məlumat yayıb.
\"Məişət zorakılığının qurbanı olmuş idmançımız Rebekka Çepteqeyinin vəfatından dərin hüznlə kədərlənirik. Bu cür zorakılıqları pisləyir və ədalətə çağırırıq. Ruhu şad olsun\", - bəyanatda deyilir.
Aysel