AZ

Bu ölkədə müxalifət miqrantlar üçün referendum keçirəcək

Portuqaliyanın Çeqan müxalifət partiyası miqrantların gəlişinə kvota tətbiq etmək üçün referendum tələb edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ölkə prezidenti Marselo Souza ifrat sağçıların bu tələbinə reaksiya verib.
  
Partiyanın rəhbəri Andre Ventura bildirib ki, payızda 2025-ci ilin büdcəsinin müzakirəsinə başlanılacaq zaman parlamentə təklif təqdim edəcəklər və portuqallardan \"miqrantlar üçün kvota istəyirsinizmi?” sualını verəcəklər.
 
O, sualın veriləcəyi yerdə referendum keçirilməsini tələb edəcəklərini açıqlayıb.

Ventura həmçinin qeyri-qanuni mühacirlərin ölkəyə daxil olmasının qarşısını almaq üçün sərhəd nəzarətini artırmaq, sosial xidmətlər üçün mühacirlərə ötürülən resursları azaltmaq, cinayətə qarışan immiqrantları deportasiya etmək və immiqrantları yalnız iş siniflərinə görə qəbul etmək istəyib.

Qeyd edək ki, Çeqan partiyası bu referendumu sentyabrın 21-də keçirəcəyini açıqlayıb.

İyul ayında immiqrantlarla bağlı yeni qanun qəbul edən və ölkəyə turist vizası ilə gələnlərdən yaşayış icazəsi tələb etmə təcrübəsinə son qoyan hökumət tez-tez müxalifətin təzyiqinə məruz qalır. 

Onu da qeyd edək ki, Portuqaliyadakı qeyri-qanuni köçkünlərin sayı son 10 ildə təxminən iki dəfə artaraq ölkə əhalisinin 10 faizinə yaxınlaşıb.
 
Rəsmi məlumatlara görə, 11 milyon əhalisi olan Portuqaliyada 1 milyon miqrant yaşayır ki, onların da təxminən 43 faizi Anqola, Braziliya və Fransa vətəndaşlarıdır.
 
Mikayıl
Seçilən
58
azxeber.com

1Mənbələr