AZ

Qərbi Azərbaycana qayıdış: “Beynəlxalq hüququn təntənəsi olacaq”

“Qərbi Azərbaycana - tarixi torpaqlarımıza qayıdış beynəlxalq hüququn təntənə etməsi olacaq”. 

Bu sözləri Milli Məclisin VI çağırış deputatı Hikmət Babaoğlu “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, Qərbi Azərbaycana qayıdış həm də hüquqları tapdalanmış, etnik təmizlənmə siyasətinin qurbanına çevrilmiş 300 mindən çox azərbaycanlının öz ata-baba yurdlarına qovuşması olacaq: 

“Bu məsələ bu gün də, sabah da aktual alacaq. Qərbi azərbaycanlılar öz torpaqlarına qayıdana qədər bu mübarizə davam edəcək. Bu istiqamətdə Qərbi Azərbaycan İcmasının fəaliyyəti də olduqca təqdirəlayiqdir. 

Məsələnin tez və ya gec həll olunması isə regional və beynəlxalq şərtlərdən asılı olaraq müxtəlif fazalardan keçəcək. Heç şühbəsiz ki, qərbi azərbaycanlılar öz tarixi torpaqlarına qayıdacaqlar”. 

Həmsöhbətimiz qeyd edib ki, bu, Azərbaycan xalqının ümummilli vəzifəsinə çevrilmiş prioritet məsələlərdən biridir: 

“Çünki Qərbi Azərbaycan torpaqları əcdadlarımızdan bizə miras qalan torpaqlardır. Əlbəttə ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında da qoyulduğu kimi ilkin mərhələdə qərbi azərbaycanlılar sadəcə 1987-1991-ci illərə qədər vətəndaşları olduqları ölkənin vətəndaşı kimi təhlükəsiz təminatı ilə yenidən Ermənistana qayıtmaq istəyirlər. Amma Ermənistan hakimiyyətinin bu qayıdışa hazırki münasibəti və aqressiv yanaşması qərbi azərbaycanlıları öz tarixi torpaqlarına qayıtmaq üçün mübarizə metodu və üsullarını dəyişməyə vadar edir”. 

Hikmət Babaoğlu vurğulayıb ki, əgər rəsmi İrəvan Qərbi azərbaycanlıların Ermənistan Respublikasının vətəndaşı olaraq konstutision təhlükəsizlik təminatı altında öz torpaqlarımıza qayıtmağımızı istəmirsə, o zaman icma yeni təşəbbüslə çıxış edəcək: 

“Yəni Qərbi Azərbaycan İcması yenidən təşkilatlanma və institutlaşma üçün müəyyən addımlar atacaq. Bunun da yolu Qərbi Azərbaycan mühacirət hökümətinin yaradılması ilə bağlı təşkilatlanmadan keçir. Bu da mübarizəmizin növbəti mərhələsi kimi qiymətləndirilə bilər. Yaxşı olar ki, hazırkı vəziyyətdə Ermənistan reallığı və tarixi zərurəti dərk etsin. Qərbi azərbaycanlıların ləyaqətli şəkildə təhlükəsizlikləri təmin olunmaqla Ermənistana qayıtması üçün tədbirlər görməlidir. Bu, həm də Ermənistanla Azərbaycan arasında etibarlı sülhün əldə olunması üçün yaxşı təminata çevrilə bilər”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
cebheinfo.az

1Mənbələr