AZ

“Yığmamızdan məzmunlu oyun gözləyirik” – AFFA rəsmisi

Yığmamız bu gün Millətlər Liqasının qrup mərhələsinin ilk turunda İsveçi qəbul edəcək.

Oyun yeni baş məşqçi Fernando Santuşun ilk sınağıdı.

Matçla bağlı fikirlərini öyrənmək üçün AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqova müraciət etdik. Onun “Football-plus.az”a dedikləri:

“Yığmamızdan kollektiv şəkildə məzmunlu oyun gözləyirik. İnşallah, meydanda rəqibdən çəkinməyən və azarkeşləri sevindirmək üçün əlindən gələni əsirgəməyən komanda görəcəyik. Yeni AFFA rəhbərliyinə və yeni baş məşqçiyə ümid böyükdü. Yığmamızın Avropa miqyasında söz sahiblərindən birinə çevriləcəyinə inanırıq. Oyunun nəticəsinə görə məyus olmaq istəmərik. Təbii ki, ilk hədəf qələbə olmalıdı. Bəli, Fernando Santuşun futbolçularla işləməyə çox vaxtı olmayıb. Həmçinin komandanın hədəfləri Millətlər Liqası ilə yox, AÇ-2028-lə bağlıdı. O vaxta qədər millinin heyətində bəzi dəyişikliklər ola bilər. Lakin həmin uğurların zəminini ilk matçdan yaratmaq vacibdi. Bu mənada İsveçlə oyundan çox şey asılıdı. Futbolçular gələcəkdə daha güclü ola biləcəyini göstərməklə yanaşı, Santuşu da qane etməlidi. Millimizə uğurlar arzulayıram. İnanıram ki, elə birinci addımda yığmamızın parlaq gələcəyinin cizgilərini görəcəyik”.

Xatırladaq ki, oyun saat 20.00-da başlayacaq.

KƏNAN BAHADIR
Seçilən
100
football-plus.az

1Mənbələr