Ali Rada Ukrayna xarici işlər nazirinin keçmiş birinci müavini Andrey Sibiqanın yeni xarici işlər naziri təyin edilməsinə razılıq verib.
Azpost.info xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak məlumat verib.
Bu qərarı 258 deputat dəstəkləyib.
Əvvəllər Ukrayna prezidentinin aparatında çalışmış Sibiqanın namizədliyini president Vladimir Zelenski təqdim etmişdi.
Azpost.info