AZ

Entoni Blinken Dmitri Kulebaya niyə zəng edib?

Sentyabrın 4-də ABŞ dövlət katibi Entoni Blinken istefa məktubu yazan Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya zəng edib.

Editor.az xəbər verir ki, bu barədə Amerika diplomatiyasının rəhbəri X. sosial şəbəkəsində yazıb. Blinken Kulebaya “Ukraynanın xarici siyasətinə prinsipial rəhbərliyinə” görə təşəkkür edib. “ABŞ Rusiyanın qəddar təcavüzü qarşısında Ukraynaya davamlı dəstəyini davam etdirəcək”, – Dövlət Departamentinin rəhbəri yazıb.

Xarici işlər naziri qeyd edib ki, Blinken genişmiqyaslı müharibə başlayandan bəri Ukraynanın müdafiəsi sahəsində “bir çox yenilikçi həllərin önündə olub”. “Yaxın dostluğa çevrilmiş uzun illər əməkdaşlığa görə ona minnətdaram”, – deyən nazir Ukrayna ilə ABŞ arasında strateji tərəfdaşlığın Avro-Atlantik məkanda sabitlik üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

//Samir Qurbanov, Editor.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
editor.az

1Mənbələr