Ali Rada Ukrayna xarici işlər nazirinin keçmiş birinci müavini Andrey Sibiqanın yeni xarici işlər naziri təyin edilməsinə razılıq verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak Telegram kanalında məlumat paylaşıb.
Qeyd olunur ki, bu qərarı 258 deputat dəstəkləyib.
Əvvəllər Ukrayna prezidentinin aparatında çalışmış Sibiqanın namizədliyini bundan əvvəl dövlət başçısı Volodimir Zelenski təqdim etmişdi.