AZ

Masallı sakinindən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.
Tədbirlərlə 33 yaşlı Nizami Şahbazzadə saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, ondan 7 kiloqram marixuana, əlavə olaraq metamfetamin  aşkarlanıb.

Araşdırmalarla onun narkotikləri satış məqsədilə şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib. 

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.Şahbazzadə barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
5
operativmedia.az

6Mənbələr