AZ

Azərbaycanda arvadı tərəfindən döyülən kişi həbs edildi

Bir müddət əvvəl Kürdəmir rayonunda maraqlı hadisə baş verib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Kürdəmir şəhərində yerləşən və məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yaşayan Laçın rayon sakini, 1975-ci il təvəllüdlü M.Həmzəyev (şərti) DİN-in 102 xidmətinə zəng edərək döyüldüyünü bildirib.

O, evdə arvadı tərəfindən döyüldüyünü və xəsarətlər aldığını bildirib.

Hadisə yerinə Kürdəmir rayon Polis İdarəsinin əməkdaşları gediblər və döyülən şəxsin izahatını almaq istəyiblər. Lakin sərxoş halda olan kişi nalayiq hərəkətlər etməyə başlayıb. 

Daha sonra o saxlanılaraq idarəyə aparılıb. Saxlanılarkən polisə müqavimət göstərən kişi barəsində protokol tərtib edilib.

Kürdəmir rayon Məhkəməsinin hakimi Xaliq İmanov protokola baxıb və M.Həmzəyev 7 sutka inzibati həbs cəzasına məhkum edilib.

Kərim Abbaszadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
50
bakivaxti.az

10Mənbələr