AZ

Şahramanyan Paşinyanın postqarabağ siyasətinin ana tezisini bilmədən ifşa etdi...

Image

"Bakı-Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev öz Facebook səhifəsində maraqlı paylaşım edib.  A. Quliyev yazır:  "2023- cü ilin sentyabrında Antiterror əməliyyatı nəticəsində ermənilərin Qarabağdan kütləvi köçüb getməsi Ermənistanın əlində Azərbaycan əleyhinə yeni ideoloji müharibə tezisinə çevrildi. Ermənlər dünyanın diqqətini ona cəlb etməyə çalışdılar ki, guya Azərbaycan 120 min ermənini Qarabağdan deportasiya edib. Bu yalana inananlar təbii ki ,oldu. Lakin....
Bu günlərdə Yerevanda açıq revanşistlər qondarma "Artsax qurumunun" mənfur ildönümü tədbirlərini keçirdilər.Bu tədbirlərlə revanşistlər yenidən güclənməyə cəhd etsələr də, daha çox özlərini ifşa etdilər. Bu cəhətdən qurumun keçmiş "lideri" Şahramanyanın bir bəyanatına diqqət etmək lazımdır. Şaheamanyan dedi: "2023- cü ilin 28 sentyabrında məcburən imzaladığımız sənədlə əhalinin, hərbi və təhlükəsizlik qüvvələrinin Dağlıq Qarabağdan təhlükəsiz çıxmasına kömək etdik"...
Baxın, açıq etiraf edir ki. ermənilərin Qarabağdan çıxışını özümüz təşkil etdik. Baxmayaraq ki, ermənilər üçün Qarabağda heç bir təhlükə yox idi. Ancaq Şahramanyan bilmədən etiraf edir ki, ermənilərin oranı kütləvi tərk etmələrinə şərait yaratmaq üçün 28 sentyabr sənədini imzaladıq.
Xatırladım ki, burada Şahramanyan qondarma "DQR" -  in 2024- cü ilin 1 yanvarından buraxılması barədə özünün qondarma "prezident" kimi imzaladığı 28 sentyabr 2023- cü il sənədini nəzərdə tutur."

Mətləb










Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
baki-xeber.com

1Mənbələr