AZ

"İstisu" bu dərdlərin dərmanıdır - Fitoterapevtdən AÇIQLAMA

Sentyabrın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonunda "İstisu" mineral su zavodunun açılışında iştirakından və “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanışlığından sonra sosial şəbəkələrdə "İstisu"dan çox danışılmağa başlandı. Çünki hələ sovet dövründən məşhur olan bu su həm daxili, həm də xarici xəstəliklərin dərmanı hesab edilir.

Elə bu mövzu ilə bağlı Redaktor.az-a danışan fitoterapevt Elnur Eldaroğlu suyun müalicəvi xarekterikası ilə bağlı bizə məlumat verdi. Onun sözlərinə görə, bir çox minerallar bu suyun tərkibində cəmləşib.

"Kəlbəcərin "İistisu"yunun faydalarını saymaqla bitməz. Hətta daha çox daxili xəstəliklərin müalicəsində istifadə olunan maddələrin hamısı sanki bu isti suyun tərkibində cəmləşib. Məsələn, tərkibində olan maqnezium zənginliyi olan insanların sinirlərinə də rahatlıq verə bilir. Həmçinin bir çox xroniki xəstəliyi olan insanlarda günlük tam maqneziumu qarşılamaq üçün belə bir "İstisu"ya ehtiyac var. Məsələn, qaraciyər, həzm sistemi, bəzən digərləri, məsələn, kolitlər zamanı bu sulardan istifadə olunur. Həmçinin suyun özünün xarici təsirləri də var ki, məsələn, xüsusilə bel, diz oynağı, aşağı ətrafların, əzələlərin ağrıları zamanı ağrıkəsici effekt göstərə bilir".

Həkim-fitoterapevt

Fitoterapevt bildirdi ki "İstisu"yun faydaları olduğu kimi zərərləri də var.

"Suyun tərkibində əlavə olaraq brom, litium kimi maddələr az miqdarda da olsa var. Əgər kiminsə bədənində litium həddən artıq yüksəkdirsə, daxili istifadəsinə tövsiyə olunmur. Əgər insanda ciddi şəkildə çoxlu sayda öd daşları varsa, bu suyun içilməsi tövsiyə olunmur. Əgər dərəcəsindən asılı olaraq kiminsə dəri həssaslığı varsa, yəni allergik bir problemi varsa, allergik dermatit varsa, bu maddələrə qarşı həssaslıq yüksək olan insanlar üçün sudan istifadə etmək təhlükə yaratmır. Amma istifadəsinə məhdudiyyət qoyulması tövsiyə olunur. Ümumiyyətlə, tövsiyə edərdim ki, insanlar Kəlbəcərin "İstisu"yundan təkcə sağlamlıq deyil, profilaktik məqsədlərdə yaxşı müsbət nəticələr əldə edə bilərlər", - deyə Elnur Eldaroğlu bildirdi.

Türkan İSGƏNDƏRLİ

Seçilən
225
redaktor.az

1Mənbələr