AZ

Avstriya Rusiya və Ukrayna arasında danışıqlar platformasına çevrilməyə hazırdır

Avstriya ATƏT-ə ev sahibliyi edən ölkə kimi Rusiya və Ukrayna arasında danışıqlar platformasına çevrilməyə hazırdır.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu kansler Karl Nehammer sosial şəbəkədə yazıb.

“Rusiya prezidentinin Ukrayna ilə sülh danışıqlarına hazır olması barədə bəyanatlarını nəzərə alırıq. İstənilən danışıqlar ilkin şərt olmadan aparılmalıdır”, - deyə, o, yazıb.

Avstriya kansleri vurğulayıb ki, ölkəsi beynəlxalq hüquqa əsaslanan ədalətli və davamlı sülhü dəstəkləməyə hazırdır.

Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı vurğulayıb ki, danışıqlar İstanbulda əldə olunan razılaşmalar əsasında aparılmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
ikisahil.az

1Mənbələr