AZ

Elm xadimi millət vəkili seçildi

1 sentyabr  2024-cü ildə keçirilən növbədənkənar parlament seçkilərində 59 saylı Quba Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının  deputatlığa namizəd  Əlibala Məhərrəmzadə qalib gəlib.

Oxucularımıza maraqlı gəldiyi üçün parlamentin yeni deputatlarından biri olan Əlibala Məhərrəmzadənin tərcümeyi-halını təqdim edirik.

Pr0ferssor Əlibala Məhərrəmzadə 1976-cı ildə Quba şəhərində anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İdarəçiliyi İnstitutunu bitirmişdir. 1999-cu ildə İstanbul Universitetinin İqtisadiyyat şöbəsini bitirərək, iqtisadi elmlər namizədi elmi dərəcəsini almışdır. Əlibala Məhərrəmzadə Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaqla yanaşı, Ukrayna Milli Elmlər Akademiyasının və Ukrayna Yazıçılar Birliyinin fəxri üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlibala Məhərrəmzadənin “Çovdar çörəyi” romanı olduqca maraqlı süjet xəttinə malik, dramatizmlə dolu ata-oğul münasibətinə, ümumən valideyn və övlad arasında yaranan uçurumun dərinliyinə və bu uçurumun yox edilməsi yollarına görə diqqət çəkmişdir. Olduqca maraqlı bir şəxs olan Əlibala Məhərrəmzadə həm də iqtisad elmləri doktoru, professordur. Ə.Məhərrəmzadə eyni zamanda motivasiya spikeri, həm də yazıçı, Rəsul Rza mükafatı laureatıdır.

Əlibala Səttar oğlu Məhərrəmzadə 2006-2021-ci illər ərzində “Kaspian Audit Kompani” məhdud məsuliyyətli cəmiyyətinin direktor-auditor fəaliyyəti ilə məşğul olmuşdur. Fəaliyyətdə olduğu illərdə, Palata ilə sıx əməkdaşlıq etmiş, Palatanın keçirdiyi tədbir və seminarlarda hər zaman yüksək səviyyədə iştirak etmişdir. Bu gün Azərbaycanda  bazar  infrastrukturları sistemində  özünəməxsus  yer  tutan  milli auditin təşəkkülündə və inkişafında müstəsna xidmətləri olan  mütəxəssislərdən biridir. Auditorların və mühasiblərin beynəlxalq və regional qurumlarının keçirdiyi müxtəlif tədbirlərin dəfələrlə iştirakçısı olaraq, hər yerdə ölkəmizi ləyaqətlə təmsil etmiş, Azərbaycan Respublikası Auditorlar Palatasının əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün səylərini əsirgəməmişdir. Azərbaycandakı uğurlarıyla yanaşı, digər   ölkələrlə də sıx əlaqədə olaraq, Vətənimizin gələcəyi naminə bütün imkanlarını səfərbər etmişdir.

Belə ki, Azərbaycan və Ukraynanın arasındakı dostluq münasibətlərini möhkəmləndirmək üçün, qəbul edilmiş iqtisadi, mədəni və strateji əməkdaşlıq konsepsiyasına uyğun olaraq Azərbaycandakı “Ukrayna Ticarət Evinin” (“UTE”) və Ukraynadakı “Azərbaycan Ticarət Evinin” yaradılması təşəbbüsü, hələ 2016-cı ildə hər iki ölkə Prezidenti tərəfindən irəli sürülmüşdü. Sonradan bu məsələ müvafiq nazirliklərin rəhbərlərinin görüşlərində daha ətraflı müzakirə edilmiş və praktiki nəticə olaraq Bakı və Kiyev paytaxt şəhərlərində “Ticarət  Evləri” yaradılmışdır. Azərbaycandakı “Ukrayna Ticarət Evi”-nin təqdimatı, Ukrayna Prezidenti cənab Vladimir Zelenskinin Azərbaycana 2019-cu ilin rəsmi səfəri zamanı baş tutub. Azərbaycan Respublikasındakı “Ukrayna Ticarət Evi”-nin təsisçisi və Baş direktoru iqtisad elmləri doktoru, professor Əlibala Səttar oğlu Məhərrəmzadədir

Əlibala Məhərrəmzadə 2010-cü ildə keçirilən parlanment seçkilərində 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd olmuşdur.

Əlibala Məhərrəmzadə  öz elmi tədqiqatlarını  və yaradıcılığını davam etdirməklə yanaşı, ölkənin ictimai-siyasi həyatında da yaxından iştirak edir.

Rus, ingilis və türk dillərini bilir.

Ailəlidir, dörd övladı var.

 

Seçilən
144
xalq.az

1Mənbələr