Keçmiş Qərargah rəisi psixoloji problemdən əziyyət çəkir
Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnının həyat yoldaşı Yelena ərinin psixoloji problemlərindən danışıb.
Reyting.az xəbər verir ki, keçmiş baş komandanın həyat yoldaşı 2014-cü ildə Rusiyanın Donbasa hücum edərək Krımı ilhaq etdiyi hadisələri xatırladıb. Deyib ki, bundan sonra Valeri Zalujni Donetsk və Luqansk vilayətlərinin müdafiəsində iştirak edib. Həmin ilin iyul ayında o, C sektoruna komandir müavini təyin olunub və həmin ərazilərdəki demək olar ki, bütün qruplara rəhbərlik edib.
Yelena Donetsk vilayətinin Debaltsevo uğrunda gedən qızğın döyüşlərdən də söz açıb:
“Əsgərlər 10 il əvvəl əsl cəhənnəmi keçiblər, onların arasında Zalujnı da olub. Yaşadığı hadisələrdən və evə qayıtdıqdan sonra general uzun müddət öz təcrübəsindən qurtula bilməyib. Ruslar tərəfindən ukraynalıların çoxlu sayda ölümünü və zorakılığını görən Zalujnı ölü əsgərləri xəyal etdiyini deyirdi. Dedi ki, onun yanına gəlib danışdılar”.
Qeyd edək ki, Valeri və Yelena 20 il əvvəl evləniblər. Cütlüyün iki qızı var. İndi onlar Valerinin yeni təyinatı ilə əlaqədar Böyük Britaniyada yaşayırlar. Onların böyük qızı hərbi xidmətdədir və Kiyev qarnizonunda xidmət edir, kiçik Kristina isə Odessada oxuyur və həkim olmağı planlaşdırır.
V. QULİYEV