AZ

İbrahim Yusifoğlunun 70 illiyinə həsr olunmuş kitab nəşr edilib

İbrahim

Bakı, 5 sentyabr, AZƏRTAC

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin əməkdaşı, Prezident təqaüdçüsü İbrahim Yusifoğlunun 70 illiyinə həsr olunmuş “Ömür dastanının boyları” kitabı nəşr edilib. Kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə işıq üzü görüb.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd olunub ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “İbrahim Yusifoğlunun poetik dünyası və uğurları” məqaləsində yubilyarın yaradıcılıq fəaliyyəti geniş şərh edilib.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Vüqar Əhməddir. Rəyçiləri filologiya elmləri doktorları Akif İmanlı və Salidə Şərifova, naşiri isə Qəşəm İsabəylidir.

Nəşrdə İbrahim Yusifoğlunun 70 illik yubileyi münasibətilə yazılan məqalə və şeirlər təqdim edilib. Topluda İbrahim Yusifoğlunun nəzm, nəsr, publisistika nümunələri, mənzum nağıl və pyesləri haqqında hərtərəfli təhlillər, yubilyara ithaf edilmiş poetik nümunələr verilib. Kitab şairin “Gəlib çatdım yetmiş yaşa” şeiri ilə başlayır. Kitabın üz qabığının arxa tərəfində Vaqif Məmmədovun “Səni kövrəldəcək kədər qalmadı” şeiri yer alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
azertag.az

2Mənbələr