AZ

Putin ABŞ-dakı seçkilərlə bağlı qərarını verdi- Harrisi dəstəkləyəcəyik...

Image

Bayden favoritimiz idi, onu seçki yarışından kənarlaşdırdılar, lakin o, bütün tərəfdarlarına Harrisi dəstəkləməyi məsləhət gördü, biz də belə edəcəyik və onu dəstəkləyəcəyik. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Putinə ABŞ seçkilərində favorit namizəd barədə sual ünvanlanıb və həmçinin ondan qalibi təbrik etmək üçün zəng edib-etməyəcəyi soruşulub.

“Təmaslardan imtina etməməyimizə baxmayaraq, uzun müddətdir Avropanın bəzi dövlətləri və ABŞ nümayəndələri ilə telefon danışığımız olmayıb. Bunu onlar məhdudlaşdırdılar, hərçənd müəyyən məlumatlar müxtəlif kanallarla, ilk növbədə, Xarici İşlər Nazirliyinin kanalları ilə mübadilə edilir. Favoritlərə gəlincə, bunu müəyyən etmək bizim işimiz deyil. Bu, Amerika xalqının seçimidir, lakin mən demişdim ki, bizim favoritimiz hazırkı prezident cənab Bayden idi, onu seçki yarışından kənarlaşdırdılar, lakin o, bütün tərəfdarlarına xanım Harrisi dəstəkləməyi məsləhət gördü. Biz də belə edəcəyik və onu dəstəkləyəcəyik. O, çox gülür və bu, hər şeyinin qaydasında olduğundan xəbər verir - deyə Putin bildirib.

Putin deyib ki, Tramp Rusiyaya qarşı ona qədər olan prezidentlərin heç birinin tətbiq etmədiyi qədər məhdudiyyət və sanksiya tətbiq etdi: "Əgər xanım Harrisdə hər şey qaydasındadırsa, bəlkə o, belə hərəkətlərdən çəkinər. Sonda Amerika xalqı seçim etməlidir və biz bu seçimə hörmətlə yanaşacağıq”.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
baki-xeber.com

1Mənbələr