Qazaxıstan hakimiyyəti öz vətəndaşlarına təhlükəsizlik baxımından Ukrayna ərazisini tərk etməyi tövsiyə edir.
Azpost.info xəbər verir ki, bu barədə Qazaxıstanın Ukraynadakı səfirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
“Gərginliyin artması və təhlükəsizlik səbəbi ilə Qazaxıstanın Ukraynadakı səfirliyi Qazaxıstan vətəndaşlarına Ukrayna ərazisini tərk etmək imkanını nəzərdən keçirməyi tövsiyə edir. Ukraynadan Qazaxıstana getmək üçün respublika vətəndaşları quru marşrutlarından istifadə edə bilərlər: Polşa və ya Moldova, sonra isə ticarət hava nəqliyyatı”, – məlumatda deyilir.
Azpost.info