Almaniyanın aparıcı iqtisadi beyin mərkəzlərindən biri olan İqtisadi Tədqiqatlar İnstitutu (İTİ), zəif investisiya və sifariş vəziyyəti səbəbindən ölkənin 2024 və gələn il üçün artım proqnozunu aşağıya doğru yenidən nəzərdən keçirib.
İndex.az xəbər verir ki, müvafiq olaraq, İnstitut bu il üçün ümumi daxili məhsulun (ÜDM) artım proqnozunu 0,4%-dən 0%-ə, 2025-ci il üçün artım gözləntisini isə 1,5%-dən 0,9%-ə endirib.
İTİ, Almaniya iqtisadiyyatının 2026-cı ildə 1,5% artacağını gözləyir.
İTİ ölkədə keçən il 5,9%, avqustda isə 1,9% olan illik inflyasiyanın bu il orta hesabla 2,2% olacağını, 2025-ci ildə isə 2%-ə düşəcəyini bildirib.
İnistutun proqnozuna görə, 2026-cı ildə inflyasiya 1,9% olacaq.