Rusiyanın Yekaterinburq şəhərində kişi transformator köşkünə çıxıb və diri-diri yanıb.
Medianews.az xəbər verir ki, bu barədə Sapa Telegram kanalı məlumat yayıb.
Mərhumu ilk görən elektrikçilər olub. Onlar hadisə yerinə təcili yardım çağırıblar.
Zərərçəkənin yanında heç bir sənəd olmayıb. Onun şəxsiyyəti sonradan müəyyən edilib. O, 29 yaşlı yerli sakin olub. Onun bədəninin demək olar ki, 100 faizi yanıb. Kişini xilas etmək mümkün olmayıb.
Ehtimal olunur ki, vətəndaş avadanlıqları oğurlamaq üçün transformatorun içərisinə çıxıb.
Medianews.az