AZ

Kəlbəcərin süfrəmizə qayıdan "İstisu"yu: Zavod mazutla işləyir, karbon qazı Rustavidən gətirilirdi...

Kəlbəcər rayonunda yerləşən "İstisu" mineral sudoldurma zavodunun tikintisi Azərbaycan SSR Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyevin göstərişinə əsasən başlanılıb. 1976-cı ildə zavod işə düşüb.

Zavodun direktoru vəzifəsində 1976-80-ci illərdə Tofiq Hacıyev, 1980-1989-cu illərdə Front Bayramov, 1989-1993-cü illərdə yenidən Tofiq Hacıyev çalışıb.

1976-1990-cı illərdə zavodun baş mühəndisi vəzifəsində Xoləzək kənd sakini Salman Babayev, 1990-1993-cü illərdə isə, 1977-ciildənbu zavodda mühəndis-mexanik kimifəaliyyət göstərən Nadirxanlı kənd sakini Məmməd Hacıyev çalışıb. Baş mühasib Zülfüqarlı ərazi dairəsi üzrə Qaragüney kənd sakini Abdulla Abışov işləyib.

1983-1992-ci illərdə zavodda iqtisadçı, sonradan baş mühasib vəzifəsində Zarkənd sakini, ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş Əhəd Bayramov çalışıb.

Zavodun tikintisi və fəaliyyəti üçün bu insanların böyük zəhmətləri olub, fədakarlıq göstəriblər. O dövrlərdə zavod mazutla işləyib, suyun qablaşdırılması zamanı əlavə olunan karbon qazı Rustavi şəhərindən gətirilib, müvafiq infrastruktur və şərait olmayıb.

1982-ci ildə baş mühəndis Salman Babayevin və mühəndis-mexanik Məmməd Hacıyevin səmərələşdirici təklifləri əsasındamineral suya əlavə edilən karbon qazı elə həmin suyun özündənalınaraq qablaşdırılan suya əlavə edilib.

Ermənistanınhərbi təcavüzü nəticəsində 1993-cü il 2 aprel tarixdə Kəlbəcər rayonunun işgalı ilə əlaqədar zavodun fəaliyyəti dayanıb, əmlakı ermənilər tərəfindən dagıdılıb və Ermənistana daşınıb.

Həm Tofiq Hacıyev, həm Front Bayramov rayonun sayılıb seçilən ziyalılarından olmaqla,crespublikamızda böyük hörmət və nüfuz sahibi kimi öz mərdlikləri ,səmimiyyətləri,qonaqpərvərlikləri iləxalqımızın dərin rəgbətini qazanmışdılar. Allah Tofiq Hacıyevə, Front Bayramova, Salman Babayevə, Abdulla Abışova, Əhəd Bayramova və digər zavodun dünyasını dəyişən əməkdaşlarına rəhmət eləsin! İndiruhlarışad, məkanları cənnətdir.

Məmməd Hacıyevəvə hazırda yaşayan digər zavod əməkdaşlarına isə can saglıgı, uzun ömür, Kəlbəcərdə xoşbəxt günlər arzulayıram.

Kəlbəcər rayonu işgaldan azad edildikdən sonra2022-ci il 26 iyun tarixdə Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyev tərəfindən həmin zavodun yenidən təməli qoyulduvə 2024- cü ildə işlər başa çatdırıldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevvə birinci xanım Mehriban Əliyeva2024-cü ilsentyabrın 2-də "İstisu"mineralsudoldurma zavodunun açılışında iştirak etdilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
aznews.az

1Mənbələr